Teorem

Teorem (yun. θεώρημα) — doğruluğu digər məlum təkliflər və aksiomlar əsasında isbat olunan təklif. Verilmiş bir teorem müxtəlif şəkillərdə ifadə oluna bilər.

Fəlsəfədə teorem məntiqli çıxarıla bilən, fikir və ya tezisdir [1].

Teoremlərin dörd növü vardır:

  • Düz teorem
  • Tərs teorem
  • Əks teorem
  • Əks-tərs teorem

Teoremlərin əks və tərs teoremləri hər zaman doğru deyildir. Amma hər hansı bir teorem ilə onun əks-tərs teoremi hər zaman eynigüclüdür. Buna görə də çox vaxt bir teoremi isbat etmək üçün onun əks-tərsini isbat edirlər.

  1. Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.

Developed by StudentB